Mirasımıza sahib çıxmaq

“Könlüm Afrikanın şimalından Əndəlusa səfər etmək və daha sonra Balkanlardan keçərək yenidən İstanbula dönmək istəyir!”12 Yavuz Sultan Səlim, Misirin fəthindən sonra İstanbula qayıdarkən Buraya qədər izah edilənlərdən də məlum olduğu kimi, türk milləti olduqca sağlam, köklü mirasa malikdir. Bu mirasın əhəmiyyətini qavrayıb layiqincə dəyərləndirmək və keçmişimizə sahib çıxaraq gələcəyə üz tutmaq vacibdir. Cümhuriyyətimizin banisi böyük öndər Atatürkün yeritdiyi siyasət bu yanaşma tərzinə ən gözəl nümunədir. Atatürk Milli Mübarizə illərində türk millətinin gələcəyi üçün çox mühüm istiqamət müəyyən etmişdi. Həm Osmanlı paşası, həm də gənc cümhuriyyət banisi olan Atatürkün siyasəti “milli-mədəni mirasımıza sahib çıxmaq, Osmanlı adət-ənənəsini müasirləşdirərək XX əsrə aparmaq” idi. Atatürk dövrünün şərtlərinin imkan verdiyi qədər Osmanlı mirasına sahib çıxmışdı...

 

Mirasımızdan irəli gələn tarixi məsuliyyət

Buraya qədər təhlil etdiyimiz faktlardan göründüyü kimi, Türkiyə həm coğrafi və strateji mövqeyinə, həm də tarixi mirasına görə Balkan ölkələrinin, Qafqazın, Orta Şərq və Mərkəzi Asiyanın gələcəyində liderliyi üzərinə götürəcək ölkədir. Milyonlarla insanın həsrətini çəkdiyi sülh və əmin-amanlıq mühitini təmin edəcək zəngin tarixi təcrübəyə malikdir. Coğrafi mövqeyi etibarilə həm asiyalı, həm avropalı, həm də yaxın şərqlidir. Tarixi mirası etibarilə də bütün bu ərazilərdə böyük təsirə və gücə malikdir. Yüzlərlə müxtəlif mədəniyyətin və etnik qrupun yerləşdiyi bu torpaqlarda Osmanlı mirasının varisi kimi söz sahibidir. Belə ki, soyuq müharibədən sonra təsis edilən yeni dünya nizamında, başda Amerika olmaqla, bir çox ölkənin tələbi ilə Türkiyə sözügedən torpaqlarda aktiv rol oynamağa məcbur olmuşdur.

Türkiyənin tarixi mirasına, siyasi, hərbi, iqtisadi potensialına görə bir çox qərb ölkəsi bu bölgədəki strategiyalarının Türkiyəmərkəzli olmasının labüdlüyünü dərk edir.