Türk dünyasında mövcud vəziyyət

Türk dünyası dedikdə təkcə Orta Asiyada SSRİ-nin süqutundan sonra qurulan türk dövlətlərini düşünmək yanlış olar. Çünki Türk dünyası “Adriatik dənizindən Çin səddinə” ifadəsi ilə təsvir edilən çox geniş anlayışı ifadə edir. Bu geniş coğrafiyada yaşayan müxtəlif etnik mənşəli xalqlar tarix boyu daima türk-İslam əxlaqının çətiri altında toplanmışlar. Özbək, qazax, uyğur, tatar, çərkəz, abxaz, bosnyak, çeçen kimi bütün xalqları bir idealda toplayan sözügedən torpaqlarda hələ də varlığını davam etdirən türk-İslam mədəniyyətinin mirasıdır.


Osmanlı dövlətinin siyasi hüdudları daxilində bu gün onlarla müstəqil dövlət və bunların hər birində Osmanlı mədəniyyətinin izlərini daşıyan yüzlərlə əsər və dərin mədəni miras var. Üç qitəyə yayılan Osmanlı nizamı XX əsrdə bəzi xarici müdaxilələrlə siyasi cəhətdən tənəzzül etmişdir. Lakin aradan bir əsr keçməsinə baxmayaraq, Osmanlının tarixdən silinməsi ilə əmələ gələn boşluğu hələ də hər hansı qüvvə doldura bilmir. Bu günə qədər Fransa, İngiltərə, Amerika, Rusiya kimi xarici qüvvələr tərəfindən Osmanlı hinterlandına müxtəlif müdaxilələr edilmişdir. Bu ölkələr Osmanlının izini silmək və bu bölgədə hakimiyyəti ələ keçirmək üçün cürbəcür yollarla mübarizə aparmışlar. Lakin bu bölgələrə yad olan qüvvələrin qədim Osmanlı torpaqlarında sülhü və əmin-amanlığı təmin etmələri, güclü dövlət qurmaları mümkün olmamışdır. Kukla hökumətlər, masa arxasında xəritələr, süni konfliktlər, embarqolar heç bir dövrdə uğurlu nəticə verməmiş, bu ölkələr sanki orqanizmə yad maddə kimi həmişə kənar edilmiş və heç vaxt bölgə xalqlarının dəstəklənməmişlər.


Osmanlı imperiaysının siyasət səhnəsindən silinməsi ilə başlayan qarışıqlıq təxminən bir əsrdir davam edir. Bu bölgədə yaşayan əhali uzun illərdir müharibə və qarşıdurmalardan əziyyət çəkir. İki dünya müharibəsinə şahid olan və bu müharibələrlə birlikdə aclıq, köç və epidemiyalarla üzləşən əhalinin əksəriyyəti müharibələrdən sonra kommunist rejimlərin təzyiqinə və zorakılığına məruz qalmışdır. Soyuq müharibə dövrünün sona çatması ilə başlayan etnik qarşıdurmalar nəticəsində isə daha çox əziyyət çəkmişdir. 1990-cı ilin əvvəllərindən etibarən Balkan yarımadası və Qafqazda, başda qadınlar, uşaqlar və yaşlılar olmaqla, məsum xalq müharibələrdən və qanlı döyüşlərdən əziyyət çəkir. Yaxın Şərqdə isə işğalçı İsrail qüvvələrinin zülmü 50 ildən artıqdır ki, fasiləsiz davam edir.

 

Bu problemlərin tezliklə həll edilməsi və Osmanlı coğrafiyasında yenidən sabitliyin təmin edilməsi üçün ilk addım kimi bölgədəki mövcud vəziyyəti yaxşı anlamaq lazımdır. Çünki istər Yaxın Şərq, istərsə də Qafqaz və Balkan ölkələri coğrafi və strateji mövqelərinə görə bir çox ölkənin diqqət mərkəzindədir. Ona görə siyasi və iqtisadi mənfəət yaxşı dəyərləndirilməli, həll yolları və hərtərəfli strategiya müəyyən edilməlidir. Problemlərin düzgün müəyyən edilməsi həll yolunu tapmaq üçün əsas mərhələdir. Ona görə də sözügedən bölgələrdə son vəziyyəti ümumi təhlil etmək vacibdir.