Orxan Qazinin oğlu Murad bəyə nəsihəti

Səlcuqlu dövlətinin süqutundan sonra ortaya çıxan Anadolu bəyliklərindən biri də Osmanlı bəyliyidir. Osmanlı bəyliyi qısa müddətdə inkişaf etmiş və dövrünün ən mühüm dövlətlərindən birinə çevrilmişdir. Türk-İslam bayrağını ucaltmaq məqsədi güdən bu dövlət çox qısa müddətdə müxtəlif din, dil, irq və məzhəblərə aid millətləri hakimiyyəti altında toplayan dünya dövləti olmuşdur. Məmaliki-Osmaniyyə (Osmanlı ölkələri) üç qədim qitənin birləşdiyi ərazini, yəni Avropanın cənub-qərbini, Afrikanın şimalını və Asiyanın cənub-qərbini əhatə edirdi. Dövlətin torplaqlarının sahəsi ən geniş olduğu dövrdə 24 milyon km2-ə çatırdı. Cənubi Amerika materikinin təqribən 21 milyon km olduğunu nəzərə alsaq, Osmanlı imperiyasının ərazisinin genişliyini təsəvvür etmək olar. Tarix boyu güclü və böyük sivilizasiyaların qurulduğu bu torpaqlardakı ən son və ən uzunömürlü sivilizasiya Osmanlı sivilizasiyasıdır. 600 illlik ömründə 400 il boyu dövlətin ərazi bütövlüyünü saxlayan, tənəzzül dövründəki 200 il boyu o qədər də çox ərazi itirməyən, süqut dövrü olan XX əsrin əvvəllərinə qədər gücünü və nüfuzunu qoruyan Osmanlı “dünya dövləti” ünvanına layiqdir. Şübhəsiz ki, belə böyük dövlətin bu qədər uzunömürlü olmasının səbəbi təkcə hərbi gücü deyil. Osmanlı dövlətini dünya dövləti ünvanına layiq görən ünsürlərin başında güc aldığı mənəvi dəyərlər gəlir. Hər şeydən əvvəl, Osmanlı dövləti banisi Osman Qaziyə Şeyx Ədəbli tərəfindən verilən bu nəsihətlər üzərində bina edilmişdir:

Ey oğlum, artıq bəysən! Bundan sonra bizə qəzəblənsələr, sən üzüyola olmalısan. Bizdən incisələr, sən könül almalısan. Bizi təqsirləndirsələr, sən səbir etməlisən. Bizi aciz vəziyyətdə qoysalar, sən güzəştə getməlisən. Anlaşılmazlıq olsa, sən ədalətin tərəfində olmalısan. Haqsızlıq etsələr, sən bağışlamalısan...


Dünya sənin gözlərində gördüyün kimi böyük deyil. Bütün fəth edilməmiş sirlər, naməlum şeylər, görülməyənlər ancaq sənin fəzilətin və yaxşı əməllərinlə gün işığına çıxacaq.

 

Türk-İslam əxlaqının ən gözəl nümunələrindən biri olan Şeyx Ədəbalinin bu nəsihətlərindən də göründüyü kimi, Osmanlı dövlətinin fəaliyyət prinsipi Quranda bütün insanlara əmr edilən gözəl əxlaqdır. Bu əxlaq Osmanlını kiçik bəylikdən 3 qitəyə hökm edən dövlətə çevirmişdir. Osmanlının ədalət anlayışı, tolerantlığı və təmin etdiyi uzlaşma mühitinin əsasında İslam əxlaqı dayanır.