Türkün Dünya nizamı

Tarix türklərdən çox şey öyrənib. Onların elə əsərləri var ki, hər biri sivilizasiya üçün zinətdir... (Məşhur avstriyalı şərqşünas Baron Cosef von Hammer-Purqstal)

Türklər tarix boyu 180-dən çox dövlət qurublar. Hətta bir çox tarixçi tədqiqatları dərinləşdirdikcə bu sayın daha da artacağını bildirir. Bu dövlətlərdən 16-sı dünya tarixində əsas rol oynamış güclü dövlətlərdir.

Prof. Dr. Kemal Tahirin 1966-cı ildə söylədiyi kimi: “Türk millətinin tarix boyu bayraqsız və dövlətsiz qalmaması təsadüfi deyil. Onun kökündəki dinamiklik onu dövlət qurmağa meyilli etmişdir... Dövlət qurmaq başqa şeydir, dövləti idarə etmək başqa şeydir. Türk milləti tarix boyu həm dövlət qurmaqda, həm də idarə etməkdə usta olmuşdur.”

Türk milləti bir-birindən güclü 16 dövlətlə və bu dövlətlərin idarəçiliyində göstərdiyi qabiliyyətlə bütün dünya millətlərinə tarix boyu nümunə olmuşdur. Bunun ən əsas səbəblərindən biri isə hakimiyyəti altında yaşayan müxtəlif etnik qrupları hər birinin dil və

din mənsubiyyətinə hörmət edərək, sülh və əmin-amanlıq içində əsrlər boyu birlikdə yaşatma bacarığıdır. Eyni torpaqlarda hakimiyyət quran müxtəlif dövlətlər isə bu cür uğura nail ola bilməmiş, sözügedən torpaqlarda bu qədər uzunmüddətli başqa xalqın hakimiyyəti davam etməmişdir.

Davamı...