Balkan ölkələrinin vəziyyəti

“İgidlərim, bu gün sizin sevginizlə bu Kosova meydanı titrəyir, Allahın izni ilə, müzəffər şəkildə dalğalanacaq şanlı bayrağımızın Macarıstanın içinə doğru hərəkət etməsini bundan sonra heç bir düşmən həmləsi durdura bilməyəcək.”
Murad Xudavəndigarın Kosova meydan müharibəsində əsgərlərinə söylədiyi nitqdən

 

Balkan yarımadasında bu günə qədər baş verənlər və gələcəkdə ehtimal edilən hadisələr haqqında doğru fikir əldə etmək və hadisələri düzgün qiymətləndirmək üçün  Türkiyənin tarixən bölgə ilə əlaqələrini doğru müəyyən etmək lazımdır. Bunun üçün türklərin Balkan ölkələrinə gəlişi qədər bu torpaqlardan nə şəkildə və nə məqsədlə çıxarıldığını da yaxşı anlamaq lazımdır.


Süleyman paşanın rəhbərlik etdiyi Osmanlı ordusunun 1353-cü ildə Çanaqqala boğazını keçib Rum torpaqlarını fəth etməsi ilə türklər Balkan yarımadasına ilk addımı atdılar.